Tolik Elton Hüseynəliyevlə yollarını ayırdı - “Kimlərəsə acıq verib...
    • 24-01-2020, 15:26
    • 1 031

Tolik Elton Hüseynəliyevlə yollarını ayırdı - “Kimlərəsə acıq verib..."

“6 ilə yaxındır prodüseri olaraq çalışdığım Elton Hüseynəliyevlə iş birliyimə son qoyuram”.

News24.az xəbər verir ki, bunu "Xəzər Tv"-nin "Hər şey daxil" verilişinin aparıcısı və prodüser Tarix Əliyev bildirib.  

Onun sözlərinə görə, bu qərarı verməyinin işlə hər hansı əlaqəsi yoxdur: “İşlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə, Eltonun bəzi işlərində onun yanında ola bilmədiyimə görə düşünürəm ki, onun yanında həyat yoldaşı, keçmiş prodüseri Tamilla xanım var və bu işin öhdəsindən lazımi qədər gələ bilir. 

Haşiyəyə çıxaraq bir qadına demək istəyirəm: "Kimlərəsə acıq verib, Eltondan istifadə edib özünü səviyyəli göstərmə, çünkü o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan" .