Mələk "Baldız"ından ayrıldı - FOTO
    • 24-01-2020, 18:37
    • 1 273

Mələk "Baldız"ından ayrıldı - FOTO

Aparıcı-aktrisa Mələk Heydərova rol aldığı ARB telekanalında yayımlanan "Baldız" serialından ayrılıb.

News24.az xəbər verir ki, o, bu barədə özü məlumat verib. Mələk öz istəyi ilə serialın yaradıcı heyəti ilə işbirliyinə son qoyub: "İnstaqramda şəkillər paylaşmıram, yəqin ona görə fikirləşirlər ki, Mələk artıq serialda yoxdur. Bəli, Mələk artıq çəkildiyi "Baldız" serialında olmayacaq. Bunu üzülərək deyirəm. Amma siz heyfslənməyin, üzülməyin. Bundan sonra məni yəqin ki, serial və filmlərdə görməyəcəksiniz. Bu da mənim öz istəyimlə və sağlamlığımla bağlıdır. Düşündüm ki, faydalı olmaq üçün bir sahədə çalışmaq lazımdır. Axı mən həmişə demişəm, mən telejurnalistəm, aparıcıyam, mən aktrisa deyiləm və düşündüm ki, bütün gücümü sevdiyim işimə xərcləyim.

Verilişdə həmkarının "Bəs, təklif gəlsə dəyənləndirməyəcəksən, amma tam səmimi?" sualına isə Mələk gülərək cavab verib: "Orada o qədər yüksək məbləğ olmalıdır ki, mən ondan imtina etməyim. Bu da yəqin ki, mümkün olacaq bir şey deyil. Məlum məsələ, bizdə seriallarda böyük pullar yoxdu. Bir sözlə sevdiyim işlə məşğul olmaq istəyirəm. Bu, məncə ən düzgünüdür".