-
- 25-01-2020, 11:11
- 1 001
Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI AÇIQLANDI
2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.
Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.
Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.