71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd TƏYİN EDİLİB
    • 14-05-2020, 16:13
    • 912

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd TƏYİN EDİLİB

2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 2 pensiya və 19 müavinət-təqaüd növü üzrə olmaqla 21 elektron təyinat sistemi işə salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə Həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 71 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. 

O cümlədən, 21300-dən çox şəxsə e-qaydada pensiya, 49700-dək şəxsə e-qaydada müavinət və təqaüd təyin edilib. 

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub. 

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri aparılır.