-
- 28-01-2020, 11:36
- 723
Bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır - FOTOLAR
"2019-cu il ərzində “ASAN xidmət”ə 9 milyondan çox müraciət daxil olub"
News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “ASAN xidmət”ə fəaliyyət göstərdiyi 7 il ərzində 6 500 000-dən çox vətəndaş tərəfindən 35 410 334 müraciət daxil olub. Bu isə hər vətəndaşın ən azı 5 dəfə "ASAN Xidmət"lə müraciət etməsi deməkdir.
Agentlik sədri qeyd edib ki, gün ərzində 2390 nəfər "ASAN Xidmət"lə ilk dəfə müraciət edir.
Ü.Mehdiyev qeyd edib ki, müraciətlər ən çox şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı olur: "Bir gün ərzində "ASAN Xidmət"də 3718 nəfərə şəxsiyyət vəsiqəsi verilir. Eyni zamanda bir gün ərzində "ASAN Xidmət"də 408 nikah qeydə alınır".
Qurum sədri onu da əlavə edib ki, hər gün 30 mindən çox insan müraciət edir: "Dövlət qurumları arasında sosial şəbəkələr vasitəsilə ən çox müraciət olunan qurum "ASAN Xidmət"dir. 500 mindən çox izləyici facebook vasitəsilə xidmətə müraciət edib".
Afaq Mirayiq