Zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibəti necə olacaq? - NAZİR AÇIQLADI
    • 27-01-2020, 12:31
    • 772

Zəlzələ bölgəsindən qaytarılan tələbələrin aqibəti necə olacaq? - NAZİR AÇIQLADI

Türkiyədə zəlzələ bölgəsində təhsil alan tələbələrimizlə bağlı məsələ dövlət başçısının xüsusi nəzarətinə götürülüb.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, 102 azərbaycanlı tələbə Türkiyədən avtobuslarla Naxçıvana, oradan da aviareyslə Bakıya gətirilib: "Onların qarşılanma proseduru, psixoloji yardım dəstəyi məqsədilə nümayəndə heyətimiz hava limanına onların qarşılanmasında iştirak edib". 

Geri qaytarılan tələbələrin sonrakı aqibəti barədə məlumat verən nazir deyib ki, bu tələbələrin hazırda tətil müddətidir: "Sonrakı mərhələ ilə bağlı oradakı vəziyyət necə olacaq, hansısa fasilə veriləcəkmi və s. müəyyən vaxtdan sonra buna dəqiq cavab veriləcək. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

Afaq Mirayiq