-
- 27-01-2020, 12:44
- 1 113
Korrupsiyaya görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən ÇIXARILDI
2019-cu ildə korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir.
Nazir qeyd edib ki, bu istiqamətdə aparılan nəzarət tədbirləri nəticəsində 2019-cu ildə bir sıra hallarda korrupsiya faktlarının, bu sahədə boşluqların olması öz təsdiqini tapıb.
"Görülən işlər nəticəsində 10 rahon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq- mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib".
Nazir qeyd edib ki, ötən il 10 məktəb rəhbərləri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb.
"Müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib.
Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə 2020-ci ildə də belə hallar olacaqsa Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".
Afaq Mirayiq