“7 halla  materiallar hüquq-mühafizə orqanlarına göndərilib" - CEYHUN BAYRAMOV
    • 17-10-2019, 11:35
    • 829

“7 halla materiallar hüquq-mühafizə orqanlarına göndərilib" - CEYHUN BAYRAMOV

Son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib. Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, il ərzində TN tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib.
7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib.