-
- 28-01-2020, 17:42
- 8 545
"Şou-biznesdə elə çirkinliklər olub ki, bu sahədə olduğumdan utanmışam” - ZAMİQ HÜSEYNOV -VİDEO - FOTOLAR
Onu ilk dəfə “Uçduq”la tanıdıq. Səsi, ifası hər kəsin ürəyincə olsa da, klipdəki cəsarətli görüntülərinə görə dilə-ağıza düşdü. Tənqid elədilər, təpki verdilər. Amma bütün bunlar bir daha onun sənəti üçün hər şeyə hazır olduğunu göstərdi. Az sonra “Kaman” ifa elədi, “Yelləncək, lə “Sən necə də gözəlsən” dedi...Hər birində seyrçi bir başqa Zamiqi gördü. Beləcə, tanındı, şou əhlinə qarışdı. Söhbət fərqli, gözəl geyinməyi sevən, tez-tez rəngli həyatının fotolarını paylaşan, amma şəxsi həyatından danışmağı sevməyən müğənni Zamiq Hüseynovdan gedir.
Sənətçinin News24.az-a səmimi müsahibəsini təqdim edirik:
Sevmədiyim musiqini oxumaram...
- Oxuduğunuz mahnıları sizin üçün kim seçir, özünüz, yoxsa...
- Musiqidə sonuncu qərarı özüm verirəm və sevmədiyim, bəyənmədiyim musiqini heç vaxt oxumaram. Çalışıram ki, oxuduğum hər şey peşəkar olsun. Komandamda hər kəs professional olmalıdır ki, mən də rahat olum. Nəyisə görürəmsə, o fərqli, yəni sıradan olmamalıdır.
80 faiz insanlar məni “Uçduğ”a görə tanıdı...
- Zamiq Hüseynov üçün “Uçduq” mahnısı nə deməkdir?
- Sənətimdəki ən gözəl addımlarımdan biridir, möhürümdür. Yaxşı mənada “zərbə”dir . O, mahnı illərlə aktuallığını qoruyub saxlayır və sənətimdə dərin iz buraxdı. Hətta, mən deyərdim ki, “Uçduq” demək olar ki, 80 faiz məni Zamiq kimi musiqi aləmində tanıtdırıb.
Sənət uğrunda risk etməyi sevirəm...
- Amma, sözügedən mahnıya çəkilən klip olduqça açıq-saçıqdır. Buna görə də zamanında qınaq obyektinə çevrildiniz...
- Haqlısınız, kifayət qədər tənqid edənlər oldu, amma yaxşı qarşılayanlar da var idi. Düzdür, çox cəsarətli addım idi. Bu, yaxşı qarşılanmaya da bilərdi. Amma risk etməli olduq, çünki ilk çıxış idi. O, ya yaxşı çəkilməliydi, ya da ümumiyyətlə olmamalıydı. Çünki, ilk iş daim yaddaqalan olmalıdır. Ümumiyyətlə, mən sənətim üçün risk etməyi sevirəm. Amma indiki vaxtda mənə bu cür klipdə çəkilməyi təklif etsələr, tərəddüd edərəm, bilmirəm qəbul edərəm, ya yox.
Uşaqların gələcəyi ilə oynamaq...
- Yaradıcılığınızda “Kaman” mahnısı da yaddaqalan oldu. İlhamə xanımdan sonra onu oxumaq da bir risk idi...
- “Kaman”dan öncə də sevilirdim, televiziyalara dəvət alırdım. Düşünmürəm ki, məhz bu mahnıdan sonra həyatımda nəsə dəyişdi. Sadəcə, “Kaman” mahnısı bütün janrların dinləyicilərinin də bəyənini qazandı. Azərbaycanda dinləyicilər müxtəlif janrlara qulaq asırlar. Hətta elə janrlar var ki, mən onları heç sevmirəm, çünki xoşagəlməzdir. Onların bəzilərini heç musiqi də adlandırmıram. Və dinləyənlərə də hər zaman deyirəm ki, bunlara qulaq asmayın. Çünki bu cür mahnılar uşaqlarınız üçün də ziyandır. O, musiqilər onların gələcəylərinə manəçilik törədir. Çünki musiqi də tərbiyə edir, elmdir. Amma “Kaman” bir günün içində yazılan və hit olan mahnıdır. Hazırda “Youtube”da mahnını 25 milyon izləyici dinləyib. Bu, real göstəricidir, saxta deyil. Heç onlara necə müdaxilə etmək olur, onu belə bilmirəm, amma yaxşı bilən ifaçılarımız var. “Kaman”a ikinci nəfəs verdik, və o, yenidən sevildi. İlhamə xanımdan sonra bu mahnını oxumaq, gerçəkdən çox çətin idi. Bu mahnı mənim tamam başqa tərəfimi göstərdi. Mən demirdim ki, bunu bacarmıram. Xeyr. Bu məndə var, sadəcə olaraq düzgün mahnı seçmək lazımdır ki, özünü musiqinin bütün janrlarında göstərə biləsən. “Kaman” ürəyə yaxın, düşündürən, ağır mahnıdır.
- Musiqidə riski sevirsiniz, o zaman niyə nüfuzlu yarışmalarda özünüzü sınamırsınız? Yenilməkdən qorxursunuz?
- Yox, əlbəttə. Sadəcə, özümü musiqi yarışmalarında görmürəm. İnanın, hətta mən yeni tanınanda çoxları elə düşünürdü ki, hər hanısa yarışma iştirakçısı olmuşam. Hətta elə vaxtlar olub, yaxınlaşıb mənə deyirdilər ki, sizi biz birinci elədik, səs verdik. Deyilənlərə etiraz eləmirdim. Halbuki mən heç bir yarışmada iştirakçı olmamışam. Amma ümumiyyətlə bu ifadəni də doğru saymırdım. Məncə, insan elədiyi deməməlidir...
Yemək yeməyə pulum olmayıb...
- Əməkdar artist Teymur Əmrahın yetirməsisiniz...
- Bəli. Teymur Əmrahın mənim yaradıcılığımda böyük zəhməti var. Qayğıkeş müəllim, mənəvi dost, əsl sırdaş. Hətta yemək almağa pulumuzun olmayan vaxtlarda belə, o, bizə əl tutub. Dolanışıq, qazanc yerimiz ondan idi. Çünki o həmişə istedadlı insanları öz yanına çəkir. O bizə klassikanı sevdirib musiqinin sirrlərini öyrədib. Oxumaqda yorulmamağı anlatıb. Ömrümün sonuna qədər Teymur Əmraha borcluyam.
"Şou-biznesdə elə çirkinliklər olub ki, demişəm “niyə bu sənətdəyəm?”
- Tanındıqdan sonra kişi həmkarlarınızın paxıllığını, qısqanclığını hiss etmisiz?
- Hə. Olub. Bu günə qədər hər zaman yaşıdlarımın qısqançlığı, paxıllıqlarını hiss etmişəm. Amma bunların heç biri məni narahat etməyib. Çünki rahatam, kim olduğunu bilirəm. Nə qədər haqqımda danışsalar belə, ruhum rahatdır. Heç vaxt peşiman olacaq, başımı aşağı salacaq addım atmaram. Bu gün atacağım addımı, bir gün öncədən fikirləşirəm. Mən qalmaqallardan uzaq insanam. Bizdə isə rəqabəti çox vaxt qalmaqala çevirirlər, ona görə də hər zaman çalışmışam ki, işimi kənardan görüm. Şou-biznesin elə çirkinlikləri olub ki, utanmışam, öz-özümə düşünmüşəm, “mən niyə bu sənətdəyəm?”. Amma şou-biznesdə gözəlliklər də var axı... Mən o gözəlliklərin ardınca gəlmişəm. Məni bura musiqiyə sevgim gətirib. Şou-biznesdə yaxşı sənətkarlarımız, sözün əs mənasında yaxşı kişilərimiz var.
Anam Ajda Pekkanın mahnısını zümzümə edirdi...
- Bəs, efirlərdən niyə qaçırsınız?
- Çünki efirlərdə sevmədiyim simalar, var. O, siyahıya aparıcılar da daxildir. Çünki efirdə nəyəsə görə sevmədiyim, xoşagəlməz musiqini təbliğ edirlər onları reytinqə, sponsora görə qabağa çıxarırlar. Mən görəndə ki, ailə üzvlərim bizim telekanallarda səslənən keyfiyyətsiz musiqini dinləyirlər, narahat oluram. Onlar uşaqları məhv edirlər. Demirəm, mənə qulaq assınlar. Məni də, onu da dinləmə, amma ölkəmizin dərin musiqi tarixi var. Onlara qulaq asın. Bir dəfə anam mənə çay gətirəndə gördüm ki, Ajda Pekkanın mahnısını zümzümə edir. Başladım öz-özümə bunu analiz etməyə ki, axı anam klassik, köhnə əsərlərə qulaq asandı. O nə əcəb Ajda Pekkanı zümzümə edir? O zaman başa düşdüm ki, evdə televizorda tez-tez bu mahnı səslənir və istər-istəməz o musiqi yaddaşımızda qalır.
- Bu yaxınlarda dostlarınız Röya Ayxan, Miri Yusif və Tünzalə Ağayeva fəxri adlara layiq görüldülər. Sizcə sizin niyə hələ də fəxri adınız yoxur?
- Mən elə insan deyiləm ki, bütün günü onun fikirini çəkim. Düzdür, istəyim var. Hər dəfə adlar çəkiləndə öz adımı da gözləyirəm, amma heç vaxt geiləylənmirəm. Nə vaxt qismət olsa, yəqin onda da fəxri ada layiq görülərəm. Əlimdən gələni edirəm və bundan sonra da bu şəkildə davam edəcəm. Dostlarım o adı alanda çox sevindim, hər birinə ayrı-ayrılıqda zəng edib təbrik elədim. Paxıl insan deyiləm.
Röya ilə bir-birimizə elə sözlər atırıq ki...
- Röya Ayxan demiş, bir müddət aranızda soyuq küləklər əsdi. Səbəb nəydi?
- Ailədə bacı qardaş arasında da narazılıqlar, xoşagəlməz hadisələr olur. Biz Röya ilə artıq ailəyik. Uşaqlıqdan dostluğumuz var. Bağışlamayacağımız səhvlər etmərik. Düzdür, hər an bir-birimizdən inciyə bilərik, amma belə xırda şeylərə görə 22 illik dostluğumuzu poza bilmərik. Biz incik olanda da, tədbirlərdə də bir-birimizə elə sözlər atırıq ki, elə bil aramızda heç nə olmayıb.
Cavanlığımızdakı dostluğumuz soyuyub...
- Röya sizin Abbasla barışmağınızı istəyir...
- Düzdür, çünki biz ikimiz də Röyanın dostuyuq. Hər dəfə deyir ki, “Siz nə vaxt düzələcəksiniz?” (gülür) Bu arada Abbasla da biz uşaqlıqdan dostuq. Müvvəqəti soyuqluqdur. İndi belə olmaq hər ikimizə rahatdır. Düzdür, “salam-sağ ol”umuz var, amma cavanlığımızdakı dostluğumuz soyuyub.
Öyrənsəydilər yəqin ki, geyinərdilər...
- Siz musiqinizlə yanaşı, həm də geyimlərinizlə tanınırsınız. Geyinməyi Zamiqdən öyrənənlər var?
- Öyrənsəydilər, yəqin ki, geyinərdilər (gülür) Deyəsən, bu, bir az ağır ifadə oldu. Hər kəsin özünəməxsus geyim zövqü var. Amma düzünü deyim, şou-aləmindəki xanımlardan geyim tərzini bəyəndiklərim var, amma bəylərdən demək olar ki, heç kimi bəyənmirəm. Mənim ürəyimcə geyinən yoxdur.
Rəqabət yox dərəcəsindədir...
- Şou-biznesdə sizcə, vəziyyət necədir? Gənc ifaçılar arasındakı rəqabət varmı?
- Rəqabət yox dərəcəsindədir. Köhnə ifaçılar artıq öz sözünü deyiblər. Bəlkə də elə onlarda olan rəqabət, gənclərdə yoxdur. Durğunluğun səbəbini bilmirəm, amma gələn yoxdur.
Müxbir: Sevda Bayramova
FOTO – VİDEO: Fərid Şabanov