-
- 28-01-2020, 20:19
- 967
Ötən il baş vermiş bəzi dəhşətli qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara müraciət ünvanlayıb.
News24.az xəbər verir ki, İdarənin “Facebook” hesabı vasitəsilə video yayımlayan qurum rəsmisi paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb:
“Yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib.
Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.
Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır”.
V. Əsədov qeyd edib ki, real, montaj olunmadan qeydə alınan hadisələr – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatı, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir.