-
- 27-02-2020, 10:01
- 577
Yol polisi piyadalara çağırış etdi
Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunmaqla icraya yönəldilir.
Bu barədə News24.az-a Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir:"Hər bir hərəkət iştirakçısı diqqətli məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, yol qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmlənməsidir".
Polis polkovniki əlavə edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır: "Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, bu düşüncə tərzidir. Ehtiyatla davranmayanda, səhlənkərlıq edəndə nəticə ağır olur".