Koronavirus Çinin bütün bölgələrinə yayıldı - ÖLƏNLƏRİN SAYI ARTDI
    • 30-01-2020, 09:46
    • 1 216

Koronavirus Çinin bütün bölgələrinə yayıldı - ÖLƏNLƏRİN SAYI ARTDI

Çində 2019-nCoV koronavirus qurbanlarının sayı 170-ə, yoluxanların sayı 7 711-ə çatıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə ÇXR-in sağlamlıq problemləri üzrə dövlət komitəsi məlumat yayıb.

Qeyd olunub ki,Tibetdə ilk yoluxma hadisəsi qeydə alınıb. Bu, əvvəllər xəstəlik hallarının qeydə alınmadığı ölkənin son bölgəsi olub.

Sutka ərzində 1737 yeni yoluxma və 38 ölüm hadisəsi qeyd edilib. Eyni zamanda, 124 nəfər xəstəxanadan buraxılıb.

Çindən kənarda yoluxma halları Honq Konq, Makao, Tayvan, habelə Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Almaniya və Finlandiyada qeydə alınıb.

29 yanvar Çərşənbə günü, BƏƏ-də ilk epidemiya hadisəsi haqqında məlumat verilib.