-
- 30-01-2020, 11:44
- 874
Baş toksikoloqdan dəm qazı zəhərlənmələri ilə bağlı AÇIQLAMA
Dəm qazından zəhərlənmələrə dair yayılan əsassız xəbərlərə aydınlıq gətirmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibə verib.
News24.az-ın məlumatına əsasən, o, yanvar ayının əvvəlindən 29-dək olan zaman kəsiyində şöbəyə fiziki durumunda narahatlıq keçirən 100-dən çox insanın müraciət etdiyini bildirib.
A.Maqsudovun sözlərinə əsasən, onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diaqnozu təsdiqini tapıb.
"Bu insanlar müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar. Bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər. Şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir", - deyə şöbə müdiri bildirib.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsinə dair geniş video materialı aşağıdakı “Youtube” ünvanında izləyə bilərsiniz: https://youtu.be/Du7T5zoKlq8