Azərbaycanda 8 nəfər spirtli içkidən öldü
    • 6-02-2020, 13:44
    • 1 179

Azərbaycanda 8 nəfər spirtli içkidən öldü

Yanvar ayında spirtli içkilərdən zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 36 nəfər müraciət edib.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib. Onun sözlərinə görə, şöbəyə yerləşdirilən 36 nəfərdən 8-i vəfat edib:  “Amma aidiyyati qurumların gördüyü operativ tədbirlər nəticəsini verib. İndi hazırda müraciətlər yalnız sərxoşlardı”.  

A.Maqsudov onu da əlavə edib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 107 nəfər ambulator müraciət edib: “Müraciət edənlərdən  46-ı qəbul olunub. Onlardan 6 nəfər azyaşlı uşaq olub. Ölüm hadisəsi olmayıb. Bununla belə  20-dən çox xəstə ağır-kritik vəziyyətdə olub. Bunların hamısına konsilium təşkil olunub. Eyni zamanda, labaratopr müayinələr aparılıb. Qanda zəhərlənməınin parçalanma miqdarı yoxlanılıb. Müayinə və müalicədən sonra xəstələr sağ- salamat evə buraxılıb”. 

Baş taksikoloqun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti ehtiyatsızlıqdan zəhərləniblər: “Əsasən hamam otağında baş verib, nəfəslik olmayıb, qaz cihası düzgün quraşdılrılmayıb. Hamısı diqqətsizlikdən baş verib. Mətbəxdə qaz cihazı işləyib, yemək daşıb, sönüb, qaz açıq qalıb”. 

Afaq Mirayiq