Ər-arvad dəm qazından zəhərləndilər
    • 30-01-2020, 21:43
    • 826

Ər-arvad dəm qazından zəhərləndilər

Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.

News24.az xəbər verir ki, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı   Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Həkimlərin səyinə baxmayaraq, A.Süleymanov dünyasını dəyişib. Onun həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.