Astarada ər-arvad dəm qazından BOĞULDU
    • 13-01-2020, 11:20
    • 1 522

Astarada ər-arvad dəm qazından BOĞULDU

Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb. 

Şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər. 

Faktla bağlı araşdırma aparılır. /Apa/