Göygöldə "Niva" aşdı
    • 30-01-2020, 22:03
    • 967

Göygöldə "Niva" aşdı

Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, avtomobili idarə edən 1971-ci il təvəllüdlü rayon sakini Mətləb Quliyev avtomobilini aşırıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhərinə gətirilib.

Hadisənin səbəbləri dəqiqləşdirilir.