-
- 31-01-2020, 11:40
- 1 190
"Oğlumdan utanıram..." - XATUN ƏLİYEVA
"Artıq tövbə eləmişəm, falçıya getmirəm. Bu yaxınlarda şəklimi Astaraya aparmışdılar, cadu elətdirmək istəyirdilər. Gözləri batsın".
Bu sözləri müğənni Xatun Əliyeva News24.az-a açıqlamasında deyib.
O, bildirib ki, səhnəyə gəldiyi ilk addımlarında onu həmkarı Əkbər Əliyev dəstəkləyib: "Əkbər çox gözəl, savadlı, qabiliyyətli insandır. Mənə çox köməyi dəyib. Studiya tapmağa yardım elədi. İndi hər kəs, hər kəsə kömək edir, amma o vaxtlar vəziyyət belə deyildi. Studiyaya ilk dəfə girdim, mahnımı oxudum və ağladım. Əkbər mənə üç "minusovka"nı da hədiyyə elədi. Halbuki o zamanlar bu, çox bahaydı, amma o, təmənnasız bunu elədi".
Müğənni söhbət əsnasında zarafatlarından da geri qalmayıb: "Beyonce ilə bağça yoldaşı olmuşuq, amma İvanayla tanış deyilik. Beyonce hər gün zəng edir mənə, evinin şəkillərini göndərir ki, "Bəs, nə oldu, sən mənim evimdən düzəltdirirdin?" (gülür). Mən Rəqsanəyə söz atmıram, nə də ad çəkmirəm. Sadəcə hər kəs mənə cavab verməyi xoşlayır".
Xatun bildirib ki, parodiya elədiyi bütün sənətçilərlə barışıb: "Könül Kərimova ilə canlı efirdə barışdıq, sonra da qızının toyunda iştirak elədim. Hazırda əlaqələrimiz çox yaxşıdır. Söhbət, qiybət edirik. Hər şey normaldır. Hətta Nazpəri Dostəliyeva ilə buzlarımız əridi. Sənətdə səhnə arxası vəziyyət tamamilə başqa cür olur. Gəlirsən, hər hansısa məclislə səni təqdim edirlər, tərifləyirlər, sonra da arxanca danışırlar. Onların danışmalarına artıq öyrəşmişəm. Qoy, danışsınlar daha da maraqlı olacaq. O ki, qaldı parodiyalarıma, Mətanət Əsədovanı parodiya eləməyə çəkinirəm. Kövrək olduğuna görə inciyər. Onu küsdürə bilmərəm".
İfaçı sənətindən pul qazandığını vurğulayıb: "Məsələn, bir müddət öncə televiziya layihəmin aparıcısıydım və ordan maaş alırdım. Açılışlar, tədbirlər, məclislər nə qədər çox olsa bir o qədər də pul qazanacağıq. Bizi xalq dolandırır. Kimsə qazanmırsa, deməli gündəmin nəbzini tuta bilmir. İş görmək lazımdır".
Xatun Əliyeva söhbət zamanı şəxsi həyatından da bəhs edib: "2020-ci ildə ərə getməyi düşünməsəm də, gəlinlik geyinməyi istəyirəm. Amma böyük oğlum var, ondan utanaram. Arada o qədər tənqid, təhqir olunuram ki, düşünürəm, elə qoy məni söysünlər, oğlumla işləri olmasın. Nə yaxşı ki, oğlumu elə insanların ağzına verməmişəm. Oğlumu reklama qurban eləmərəm. Ona görə də öğlumu hər kəsdən uzaq tuturam. Ürəyimi fəth edəcək insanı axtarmıram. Çünki vaxtıilə bunu edib peşiman olmuşam. Bu dəqiqə elə zəmanədir ki, insanla qarşılaşırsan, özünü mələk simasında göstərir, sonra elə hərəkət edir ki..."
Şəxsi biznesə gəlincə, Xatun bildirib ki, bu sahədə də işləri pis getmir: "Salonum, xınayaxtı şirkətim var. Sosial şəbəkələr hər şeyin dadını-duzunu qaçırdıb. İndi hər yerindən duran özünə stilist, xınayaxan deyir. Belə olmaz".
Sevda Bayramova