Xatun və Fatimə qalmaqalının təfərrüfatı: “Qızıma və mənə əl qaldırıb”
    • 13-07-2018, 17:37
    • 2 681

Xatun və Fatimə qalmaqalının təfərrüfatı: “Qızıma və mənə əl qaldırıb”

Xəbər verdiyimiz kimi, müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal yaşanır. 

Belə ki, X.Əliyeva şəxsi İnstagram səhifəsində foto paylaşaraq ad çəkmədən F.Fətəliyevaya söz atıb. 

Qarşı tərəf onu məhkəməyə verəcəyini söylədikdən sonra isə həmin paylaşımın Fatimə Fətəliyevaya aid olmadığı barədə açıqlama yayıb.

O, həmin açıqlamada sözlərin F.Fətəliyevaya ünvanlanmadığı və rəqqasənin yazılanları öz üzərinə götürərək reklam olunmaq istədiyini bildirib. 

Xatun Əliyevanın geri addım atması xəbərindən sonran Fatimə Fətəliyeva ilə əlaqə saxladıq. Onun qarşı tərəfi məhkəməyə verib-verməyəcəyi ilə maraqlandıq. 

News24.az-a danışan Fatimə Fətəliyeva məsələyə belə münasibət bildirib:

“Onlar kimi aldadırlar? İş artıq gedir və məhkəmə qarşısında cavab verəcəklər. Söhbət tək o yazından getmir. Həmin paylaşmadan qabaq köməkçimə mesajlar, ultimatumlar yollayaraq hədələyib. Bunların hamısı fakt olaraq vəkilə verilib.

O, şəxsiyyətimə, ləyaqətimə, namusuma toxunduğuna görə, ailəmə söz atması və məni hədələməsinə görə təzminat ödəyəcək. 

Onlara buradan səslənirəm: Necə ki, məni  sosial şəbəkələr vasitələri ilə insanların gözündən salmaq istəyirlər, elə də öz sözlərinin üztündə dürsunlar və geri addım atmasınlar.

Biz elə bir dövlətdə yaşayırıq ki, bizim hüquqlarımız qorunur. Ən əsası, bizim qanununlarımız var. Ədliyyə Nazirliyindən və Daxili İşlər Nazirliyindən xahiş etdim ki, bu işə yüksək səviyyədə baxılsın. Çünki, bu gün mən sussam, sabah başqası bu hərəkəti edəcək”.

Fatimə Fətəliyeva bunu Xatun Əliyeva tərəfindən atılan ilk addım olmadığını da vurğulayıb:

“Mənə qarşı etdiyi hərəkətləri ictimailəşdirməyəcəkdim. Bilirsiniz ki, qalmaqaldan uzaq adamam. Bundan öncə baş verən, lakin heç kimə demədiyim hadisələrə görə qızıma təcili yardım çağırılıb. 2 ay ərzində psixoloqdan kömək alıb. Buna səbəb isə mənim və qızımın ünvanına atılan şər və böhtanlar olub. 

O, qızıma və mənə əl qaldırıb. Düzdür, məni vura bilməyib. 

Yazdığı mesajların hamısı məndə var. Yazıb ki, “Gəlib səni bağda saçından tutub sürüyərəm”, “Sən kimsın axı? Hamı sənə gülür, bambılı”.

Şükürlər olsun ki, mən bu yaşa qədər özümü harada, necə aparmağı çox yaxşı bilirəm. Fatimə xalqının, dövlətinin pulu ilə bu yerlərə gəlib. 

Əgər mən onun deyidiyi kimi biri olsaydım, o zaman xalqımızın müqəddəs gününə, xınalara dəvət olunmazdım. Onlar məni nə qədər gözdən salmaq istəsələr də, alınmayacaq. Ruzini mənə Allah verir”. 

Rəqqasə qarşı tərəfin ona zəng etdiyini də bildirib:

“O paylaşımı edəndən sonra geri addım ataraq “Biz ad çəkməmişik” deməklə olmur. 

Hamı çox yaxşı bilir ki, o sözlər kimə atılıb. O, bunları özü-özünə etdi. Məni pozğun qadın, oğru, yalançı adlandırırlar. Mənə onun tərəfindən zənglər də gəlib. Deyirlər ki, “bizə insanlar baxacaq”. Amma bəsdir! Bu vaxta kimi susmuşam, daha susmaq fikrim yoxdur”. 

F.Fətəliyeva reklam olunmaq ittihamlarına isə belə cavab verib:

“Deyirlər ki, Fatimə bununla reklam qazanır. Mənim bəyəm başım çatmır? Yoxsa Fatimə bu qədər ağılsız qadındır? Şükürlər olsun ki, bu gün o qədər ağlım var ki, onun mənə çatmasına görə 20 illik təcrübəsi olmalıdır. 

Mən nəslimdən, yoldaşımdan, qardaşımdan, övladlarımdan utanıram. Amma dünənki paylaşımdan sonra artıq heç nədən və heç kimdən utanmıram. Bu işin arxasınca axıra kimi gedəcəyəm. O olsun Nərgiz, mən də olum Fatimə”.

Teymur Məmmədov