"18+ bizə gəl-gəl deyir..." - ƏKBƏR ƏLİYEV - VİDEO
    • 31-01-2020, 16:25
    • 3 487

"18+ bizə gəl-gəl deyir..." - ƏKBƏR ƏLİYEV - VİDEO

"Bu yaxınlarda Roza Zərgərli ilə yeni duetimiz işıq üzü görəcək. Fərqli bir iş gözlənilir, ola bilsin hətta +18 olacaq".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Əkbər Əliyev deyib. O, bildirib ki, +18- səhnələrə görə yaranacaq tənqidlərdən qorxmur: "Ömür boyu tənqid eşidirik. Bu, bizim üçün problem deyil. Sənətdəyiksə, bizə olar. Adi insanlara yox, amma bizə olar. Düşünürəm ki, Roza ilə mənə bu yaraşar. +18 bizə gəl-gəl deyir (gülür) Sadəcə olaraq, onu "vulqar" şəkildə təqdim etməməlisən. Hər şey özümüzdən aslıdır. Elə sənətçi var ki, özünü axrıncı yola qoyub, amma biz bunu peşəkarcasına edirik. Hər şey çox gözəl olacaq".

Müğənni efirlərdə az-az görünməyinin səbəbini də açıqlayıb: "Televiziyaların hazırki formatı mənə uyğun və maraqlı deyil. İndi bir saatlıq verilişlərə çıxırsan, görürsən ki, onun 45 dəqiqəsini ancaq reklamlara və sponsorlara ayırırlar. Kolbasadan, sosiskadan danışırlar. Sən də orda iki mahnı oxuyub çıxıb gedirsən. Bir sözlə, televiziya məkanında o "drayv"ı hiss eləmirəm".

İfaçı trenddə olan sənətçilərdən danışıb: "Mənim marağım yoxdur. Çünki mənim öz trendim var. İnsanların hörməti, musiqimə yanaşmaları məni qane edir. Onların sevgisini görəndə çox sevinirəm. Mənə ayrı trend lazım deyil. Gündəmdə olmaq o demək deyil ki, sən bayağı mahnılar oxumalısan. Yaxşı iş təqdim olunandan sonra onsuz da trenddə olacaqsan. Həm o siyahıda, həm də insanlar arasında".

Sənətçi bayağı müğənnilərdən də bəhs edib: "Məncə bayağı mahnı yox, müğənni var. Bayağı mahnını sən elə gözəl ifa edə biləsən ki, o, artıq bayağı olmaz".

Ə. Əliyev həmkarları Damla və Şəbnəm Tovuzludan söhbət açıb: "Məsələn, Damla. Məncə o, artıq bayağı deyil. Mən onu artıq qəbul edirəm. Çünki Damla öz üzərində çalışır, maraqlı kliplər çəkdirir. İnsanlarla olan münasibətindən bəllidir ki, o, çox ağıllı qadındır. Düzdür, demirəm ki, bütün günü Damlaya qulaq asıram, ya da ki, onun fanatıyam, amma radioda qabağıma mahnısı çıxsa, onu dinləyərəm. Amma Şəbnəm Tovuzlunun sənəti ilə maraqlanmıram".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov