DİQQƏT! Bakının bu ərazisində SU OLMAYACAQ
    • 31-01-2020, 12:07
    • 643

DİQQƏT! Bakının bu ərazisində SU OLMAYACAQ

Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixində gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

News24.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.