Xırdalanda SU OLMAYACAQ
    • 4-02-2020, 10:52
    • 644

Xırdalanda SU OLMAYACAQ

Yeni çəkilmiş içməli su şəbəkəsinin istismara verilməsi ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

News24.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.