"Facebook" koronavirusla bağlı YALAN XƏBƏRLƏRİ SİLƏCƏK
    • 31-01-2020, 12:34
    • 1 169

"Facebook" koronavirusla bağlı YALAN XƏBƏRLƏRİ SİLƏCƏK

"Facebook" yeni koronavirusla bağlı yalan məlumatların yayılmasına qarşı mübarizə aparacağını açıqlayıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal olduğunu bildirib.

ÜST, həmçinin bütün ölkələri təhlükəli xəstəliyin törədicisi ilə bağlı şayiələrə və yalnış məlumatlara qarşı mübarizəyə çağırıb. 

"Facebook" şirkəti də ÜST-ün çağırışına cavab verib: "Qlobal və ya yerli səhiyyə təşkilatlarının insanlara zərər verə biləcəyinə ianndığı yalan məlumatlar və ya sui-qəsd məzmunlu paylaşımları silməyə başlayacağıq"