"Bütün ölkələr yeni koronovirusun yayılmasına hazır olmalıdırlar" - ÜST XƏBƏRDARLIQ ETDİ
    • 24-01-2020, 12:23
    • 1 111

"Bütün ölkələr yeni koronovirusun yayılmasına hazır olmalıdırlar" - ÜST XƏBƏRDARLIQ ETDİ

Ümumdünya Səhiyyə Təşkilatı Çində yayılan yeni növ koronavirusla bağlı məlumat yayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat bütün ölkələrə Çində yayılmış koronavirusa hazır olmağı tövsiyə edib. Qeyd olunub ki, xəstəlik bütün ölkələrdə yayıla bilər:"Xəstəlik hallarının digər ölkələrdə ortaya çıxması mümkündür. Beləliklə, bütün ölkələr xəstəliyin qarşısını alma tədbirlərini həyata keçirməyə hazır olmalıdırlar".