-
- 1-02-2020, 14:12
- 1 408
“Azərbaycanda satılan maskaların qoruma gücü çox zəifdir” - BAŞ İNFEKSİONİST
“Azərbaycanda koronavirus yoxdur, valideynlər rahatlıqla uşaqlarını məktəbə göndərə bilərlər”.
Bunu News24.az-a açıqlamasında baş infeksionist Cəlal İsayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı yayılan söz-söhbətlər şayiədir:“İnfeksiyaların 200-ə yaxın növü var. Onlar koronavirus kimi qorxunc xəstəlik törədə bilir. İnfeksiyalar hər zaman ilin soyuq fəsillərində artır, sonra yavaş-yavaş sönürlər. Xəstəliklərdən özümüzü insanların çox toplaşdığı yerə getməkdən çəkinməklə qorumalıyıq. Heç olmasa belə yerlərə gedəndə, maskalardan istifadə etmək lazımdır. Maska tam qorumasa da, müəyyən mənada yoluxmanın qarşısını alır. Ümumdünya Səhiyyə Təşkilatı məsləhət görür ki, maskaları daha çox xəstə insanlar taxsın. Əgər xəstə insan işə maska taxıb getmirsə, o zaman xəstəliyin yayılma ehtimalı daha yüksək olur. Bizim taxtığımız bir üzlü maskalar təəssüf ki, zəifdir. Keyfiyyətli maska taxılsa, daha yaxşı olar. Heç olmazsa, həmin şəxslər iki maskanı üst-üstə taxsınlar”.
Baş infeksionist qeyd edir ki, şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir: "Əllər tez-tez sabunla yuyulmalıdır. Doğrudur, respirator virus infeksiyalarının kontakt yolu ilə yoluxmaq ehtimalı azdır. Amma müəyyən virus növləri var ki, bunlar təmas yolu ilə keçə bilər. Yaşadığımız , işlədiyimiz yerdə otağın havası tez tez dəyişilməlidir. Qidalanmaya fikir vermək vacibdir. Keyfiyyətli qidalar yemək, bol - bol vitamin qəbul etmək şərtdir. Eyni zamanda açıq havada çox olmaq, normal yuxu almaq, stressdən uzaq olmaq lazımdır. Orqanizmin immun sistemi güclü olarsa, bu xəstəliyə tutulma ehtimalı az olar”.
C.İsayevin sözlərinə görə, koronavirusun bananla keçməsi ehtimalı aşağıdır: “Mən inanmıram, bananla, müxtəlif əşyalarla o infeksiya keçsin. Amma ərzaq məhsulları ilə gətirilə bilər. Koronavirusun infeksiya mənbəyi heyvanlardır, pişik, keçi, inək, qoyun, donuz, hətta dəvə ola bilər. Xaricdən gətirilən heyvan və heyvan məhsullarından ehtiyatlı olmaq lazımdır. Buna da nəzarət olunur".
Baş infeksionist əlavə edib ki, insanlar virusa yoluxublarsa, birinci növbədə evdən çıxmamalıdırlar: “Hərarəti olan insanlar işə getməməlidirlər. Bu, həm onların sağlamlığı nöqteyi nəzərindən, həm də xəstəliyin yayılması baxımından əhəmiyyət kəsb edir. Bir xəstə insan kollektivə gedərsə, ətrafındakııların da yoluxmasına səbəb olur. 5-10 dəqiqəlik ünsiyyət kifayətdir ki, virus yayılsın".
Afaq Mirayiq