"Çindəki tələbələrimiz ciddi təhlükəyə rəğmən, orada qalmağa üstünlük veriblər"- NAZIR
    • 1-02-2020, 15:44
    • 777

"Çindəki tələbələrimiz ciddi təhlükəyə rəğmən, orada qalmağa üstünlük veriblər"- NAZIR

"Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici Işlər Nazirliyi, Çindəki Azərbaycan səfirliyi ilə əlaqə saxlanılır".

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır: "Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur". 

Nazir onu da əlavə edib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı təhsil alır: "Bir nəfər çinli tələbə narahat olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil".

Afaq Mirayiq