-
- 27-01-2020, 12:04
- 980
"Çində koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var"- Ceyhun Bayramov
Hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsiı alan tələbləri sayı 62-dir. Koronovirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var.
News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır.
"Həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bunu diqqətdə saxlayırıq".