Aybəniz Haşımovadan qızına sərt qadağalar - VİDEO
    • 26-10-2018, 11:01
    • 3 116

Aybəniz Haşımovadan qızına sərt qadağalar - VİDEO

Xəbər verdiyimiz kimi, əməkdar artist Aybəniz Haşımova Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Mənim ömür nəğmələrim” adlı konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, tədbirin diqqət çəkən məqamı əməkdar artistin qızı Aynişan Quliyeva ilə bağlı olub.

Belə ki, A.Quliyeva media nümayəndələrinə açıqlama verməkdən imtina edib.

Əldə etdiyimiz məlumata görə, buna səbəb Aybəniz Haşımovanın qoyduğu qadağadır. Əməkdar artist bu yolla qızını qalmaqallardan uzaq tutmaq istəyir.
Başqa bir iddia isə Aynişan Quliyevanın instagram hesabından fotolarını silməsi ilə bağlıdır.

Adının çəkilməsini istəməyən mənbə saytımıza bildirib ki, A.Quliyeva bunu da anasının təkidi ilə edib.

Məlumat üçün bildirək ki, Aybəniz Haşımova bəzi həmkarlarından fərqli olaraq qızının həyat tərzinə ciddi müdaxilə edir. Sənətkar qızını nəzarətsiz buraxmır.

Teymur Məmmədov
VİDEO: Nurlan Gülməmmədov