İstedadlı və yaradıcı gənclər təltif olundular
    • 2-02-2020, 20:53
    • 1 349

İstedadlı və yaradıcı gənclər təltif olundular

"2 Fevral-Azərbaycan Gənclər günü tarixi gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır."


News24.az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov Yaradıcı və İstedadlı gənclərin mükafatlandırılması ilə bağlı təşkil olunmuş tədbirdə deyib.


Tədbirdə çıxışı zamanı bu ilin "Könüllülər ili" olmasından da söz açan Azad Rəhimov onlarla bağlı bir çox layihələrin planlaşdırdığını da qeyd edib.


Daha sonra isə Azad Rəhimov 2019-cu ildə öz fəaliyyətləri ilə bir çox uğurlara imza atmış gəncləri mükafatlarla təltif edib.