Bakıda Çindən gələn 2 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerşdirilib
    • 3-02-2020, 10:28
    • 986

Bakıda Çindən gələn 2 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerşdirilib

“Hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib”. 

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki,  1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı isə Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatanadək xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.