"Xalq artisti olanda mən də gəncləri aşağılayacağam" - DAMLA - VİDEO
    • 3-02-2020, 10:55
    • 1 182

"Xalq artisti olanda mən də gəncləri aşağılayacağam" - DAMLA - VİDEO

ATV-də yayımlanan "ATV Maqazin ONLARLA" verilişinin "33 sual" rubrikasının növbəti qonağı müğənni Damla olub.

News24.az xəbər verir ki, ifaçı proqramda gözlənilməz açıqlamalar verib. O, bildirib ki, həyatında bir dəfə oğurluq edib: "Uşaqlıqda anamın çantasından pul oğurlamışam. Çünki dondurma yeməyə icazə vermirdi".

İfaçı Xalq artisti Tünzalə Ağayevaya da söz atıb: "Mən sənətdə gəncəm. Əgər, bu gün bir Xalq artisti məni təhqir edirsə, haqqımda danışanda əlini yelləyirsə,  deməli, mən də bir gün elə olacağam. Yəni Xalq artisti olanda mən də gəncləri aşağılayacağam. O, statusu qazanmısansa, ona layiqli şəkildə çıxış etməlisən. Bizi təhqir etmək, ələ salmaq, yaradıcılığımızı gülüş obyektinə çevirmək olmaz".

Sevda Bayramova