Nazir Hacıqabulda vətəndaşları QƏBUL EDƏCƏK
    • 3-02-2020, 11:37
    • 1 068

Nazir Hacıqabulda vətəndaşları QƏBUL EDƏCƏK

Fevralın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. 

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə Şirvan şəhərində vətəndaşlarla görüşəcəklər.    

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq fevralın 18-dək qəbula yazıla bilərlər.