87 yaşlı aktyor xanımı cinsi əlaqədə olmaq istəmir deyə ondan boşanır - FOTO
    • 8-09-2018, 13:56
    • 1 228

87 yaşlı aktyor xanımı cinsi əlaqədə olmaq istəmir deyə ondan boşanır - FOTO

Rusiyanın məşhur aktyoru İvan Krasko xanımından boşanır.

87 yaşlı aktyor xanımından cinsi istəklərinə görə ayrılır.

Aktyorun iddiasına görə, 27 yaşlı xanımı Natalia Krasko onunla cinsi əlaqədə olmaq istəmir.

140-dan çox Sovet filminə çəkilən İvan bildirib ki, xanımı hamilə qalmamaq üçün cinsi əlaqədə olmaqdan imtina edir.

"Mən çox kasıb ailədə böyümüşəm. Hazırda da uşaq böyüdəcək qədər imkanımız yoxdur. Heç özümüzə məxsus ev belə yoxkən, mən uşağı təkbaşına böyütmək istəmirəm", - açıqlamasıyla Nataliya özünə haqq qazandırıb.

Qeyd edək ki, cütlük 2015-ci ildə ailə qurub. Nataliya aktyorun boşanmaq istədiyini və keçmiş xanımına qayıtmaq istədiyini İspaniya tətili zaman öyrənib.

Milli.Az