-
- 3-02-2020, 21:04
- 1 164
Qəzetlərə pul ayrıldı KİVDF siyahıya "Kaspi"ni salmadı
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 20 gündəlik və günaşırı ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımı ayırıb. News24.az xəbər verir ki, maliyyə yardımının miqdarı 326000 manatdır.
Qeyd edək ki, Fondun yaydığı hesabatda maliyyə vəsaiti ayrılan qəzetlərin adları açıqlanmayıb.
Ancaq məlum olub ki, maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Buna görə də, hər iki qəzetin kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var: “ Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir. Kollektiv olaraq sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız”.
Qeyd edək ki, "Kaspi" qəzetinin 1999-cu ilin martından təsisçisi Sona Vəliyevadır.