-
- 3-02-2020, 22:15
- 796
Elnur Allahverdiyev Qarabağ qazilərinin qonağı oldu -FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev seçiciləri ilə görüşlərini davam etdirir.
News24.az xəbər verir ki, bununla bağlı E.Allahverdiyev “Facebook” səhifəsində paylaşım edib.
Deputatlığa namizəd bu dəfə Qarabağ qazilərinin qonağı olub. E.Allahverdiyev Qarabağ qazisi, Aprel döyüşlərinin iştirakçısı Rasim Məmmədovla görüşüb.
O, R.Məmmədovun döyüşlər vaxtı yaxınlığında mərmi partladığını, üç ay hərbi hospitalda müalicə aldığını bildirib. E.Allahverdiyev qeyd edib ki, Rasim Məmmədov 17 saylı Yasamal üçüncü seçki dairəsindən Aprel döyüşlərinin qazisi olan yeganə seçicisidir.
R.Məmmədov deputatlığa namizədə görüşə görə təşəkkür edib. O deyib ki, vətən qarşısında borcunu tam yerinə yetirməyib və Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi üçün əmrini gözləyir.
E.Allahverdiyev Qarabağ qazisini Gənclər günü münasibətilə təbrik edib və onunla fəxr etdiyini bildirib.
Daha sonra deputatlığa namizəd Qarabağ müharibəsinin iştirakçısı Cəvahirat Abdullayevanın qonağı olub. C.Abdullayeva E.Allahverdiyevə keçdiyi döyüş yolundan danışıb və müharibənin ağır şəraitindən bəhs edib.
E.Allahverdiyev C.Abdullayeva ilə görüşdən sonra sosial şəbəkədə fikirlərini bölüşüb:
“Cəvahirat xanım torpaqlarımız uğrunda gedən döyüşlərin hər anının canlı şahididir. Sevincli günlərin də, ağrı-acıların da. Qadın olsa da, döyüşlərdə ən məsuliyyətli və təhlükəli işlərin öhdəsindən bacarıqla gəlib. Təsəvvür edirsiniz? Bu zərif, mehriban, gülərüz Azərbaycan xanımı snayper olub! Cəvahirat xanıma həsr olunmuş kitab bu sözlərlə başlayır: Həcər qeyrətli, Tomris dəyanətli el qızımız...”