-
- 4-02-2020, 10:29
- 1 396
"Şəkinin dünya şəhərləri arasına daxil olması inkişafa təkan verəcək"" - VÜQAR İSKƏNDƏROV
Vüqar İskəndərov Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətindən söhbət açıb.
YAP-ın Şəki şəhər 113 saylı seçki dairəsindən olan namizədi Vüqar İskəndərov seçiciləri ilə görüşlərini davam etdirir.
News24.az xəbər verir ki, bu dəfə namizəd Şəkinin tarixi hissəsində yaşayan sakinlərlə görüşüb. Vüqar İskəndərov Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətindən söhbət açıb. Bu uğurun həm ölkə başçısı, YAP sədri İlham Əliyevin, həm də birinci xanım Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri sayəsində mümkün olduğu vurğulanıb.
Qeyd edilib ki, Şəkinin dünya şəhərləri arasına daxil olması həm turizm, həm də xidmət sahəsində inkişafa təkan verəcək. Seçicilərisə belə bir tarixi məkanın sakinləri olduqları üçün fəxr etdiklərini dilə gətiriblər. Həmçinin namizədin indiyə qədərki fəaliyyətini yüksək qiymətləndiriblər. Daha sonar bəzi sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini namizədə ünvanlayıblar.