Türkiyə mediası Şəkidən yazdı
    • 8-07-2019, 12:50
    • 1 081

Türkiyə mediası Şəkidən yazdı

Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Anadolu agentliyi, Haber Global, NTV və TRT Avaz kanalları və digər nüfuzlu xəbər mənbələri bu barədə türkdilli oxuculara ətraflı məlumat veriblər.

Qeyd edək ki, ümumiyyətlə Türkiyə KİV-lərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası geniş işıqlandırılır.