Həbsdə olan MTN generallarının məhkəməsinin vaxtı MƏLUM OLDU
    • 4-02-2020, 14:01
    • 813

Həbsdə olan MTN generallarının məhkəməsinin vaxtı MƏLUM OLDU

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanovun məhkəmələrin vaxtı məlum olub.

T. Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatında fevralın 27-də keçiriləcək. Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatında fevralın 25-də baş tutacaq.

Qeyd edək ki, T. Quliyev və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən məhrum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Bakı Apelyasiya Məhkəməsində onların şikayətləri təmin edilməyib. Generallar bir neçə dəfə kassasiya şikayətləri versələr də, sonradan onları geri götürüblər. /Apa/