Məhkəmə sabiq MTN generalları ilə bağlı qərar verdi
    • 11-02-2019, 15:30
    • 967

Məhkəmə sabiq MTN generalları ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində sabiq MTN-in generalları və digər yüksək rütbəli şəxslərinin barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəhbəri Teymur Quliyev, polkovnik Füzuli Əliyev və onların tabeliyində işləmiş daha dörd nəfər barələrində çıxarılmış hökmün dəyişdirilməsini istəyiblər. Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda prokuror isə çıxış edərək, şikayətlərin əsassız olduğunu bildirib və Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanmasını istəyib.

Müdafiəçilər isə replika hüququndan istifadə edərək, hökmün ləğv edilərək, təqsirləndirilənlərə bəraət verilməsini istəyiblər.

Məhkəmə şikayətlərinin təmin olunmamması və Bakı Hərbi Məhkəməsinin qüvvədə saxlanması barədə qərarı elan edib.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə təqsirli biliniblər.

Qeyd edək ki,Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, və Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb.

E.Əzizov hökmdən şikayət verməyib. N.Mürvətova öncə şikayət versə də, sonradan geri götürüb. E.Əliyev də 2018-ci ilin oktyabrında azadlığa çıxdığına görə şikayətindən imtina edib.

//Olke.az