Məntiqli bir açıqlaması olmasa da hamımızın inandığı batil inanclarımız  var.

News24.az xəbər verir ki, çox insan belə inanclara inanmasa da, doğru olduğunu düşünənlər də az deyil.

İndi isə fərqli ölkələrin  batil inanclarını sizə təqdim edirik: 

1.Dağıstan-Burada yediyiniz şorbanın içinə ağcaqanad düşməsi,sizə hədiyyə gələcəyi mənasını daşıyır.


2.Yunanıstan- Əgər siz asqırırsınızsa deməli kimsə sizin arxanıdan danışır.


3.Danimarka- Yerə düşüb sınan boşqabın uğur gətirdiyinə inanılır. Hətta bəzi insanlar qırılan boşqabı evində saxlayır.


 4.Yaponiya -Yaponiyada insanlar  gecələri güzgüdə özlərinə baxmağın uğursuzluq gətirdiyinə inanırlar.


5.Malta- Burada  bütün kilsələrdə saat fərqli olur.Mənası isə şeytanı çaşdırmaqdır.


 6.Qətər -Qətər xalqı hörümçəklərin öldürülməsinin çox böyük bir uğursuzluq gətirəcəyinə inanır.


7.Şotlandiya Xoşbəxt olmaq üçün, gəlinin toydan əvvəl palçığa batırılmasının  vacib olduğunu düşünürlər. 


8.Latviya- Burada gəlin evə girərkən boşqab sındırır.Sınan boşqabın iri parçalarınının sayı qədər oğlan övladı olacağına,kiçik parçaların sayı qədər də qız övladı olacağına inanılır.


9.Almanya - Almaniya xalqı qarşılarından keçən pişiyin soldan sağa gedirsə uğursuzluq gətirəcəyinə, sağdan sola gedirsə uğur gətirəcəyinə inanırlar.


10.Çin- Çində 4 rəqəmi və sonu 4 ilə bitən sayların uğursuzluq gətirdiyinə inanırlar. Səbəbi isə Çin dilində dörd sözü ilə ölüm sözü eyni yazılır.


Şəlalə Ağayeva