Azərbaycanda hava kəskin soyuyacaq, qar yağacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ
    • 5-02-2020, 11:10
    • 991

Azərbaycanda hava kəskin soyuyacaq, qar yağacaq, yollar buz bağlayacaq - SON DƏQİQƏ

Anomal isti hava şəraitindən sonra fevralın 7-dən ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

News24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, Bakıda fevralın 7-dək havanın temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir. Lakin anomal isti hava şəraitindən sonra çox uzun olmasa da, ölkə ərazisinə soyuq hava kütləsi daxil olacaq.

U.Tağıyeva əlavə edib ki, fevralın 7-də axşam saatlarından başlayaraq, şimal-qərb küləyinin sürəti artacaq. Fevralın 8-dən fevralın 10-u səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 30-35 metrədək güclənəcək. Fevralın 9-da havanın temperaturunun enməsi fonunda sulu qar və qar yağacaq.
Respublikanın yollarının, xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.