Qışın ən soyuq ayında 17 dərəcə İSTİ - ANOMAL HAVA
    • 3-02-2020, 13:23
    • 857

Qışın ən soyuq ayında 17 dərəcə İSTİ - ANOMAL HAVA

Azərbaycanda fevralın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir  güclənəcək.  

 Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  10-15, Bakıda  gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  755 mm civə sütunundan 749 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 60-70 gündüz 45-50 faiz olacaq.   

Azərbaycanın rayonlarında fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu  gecə  0-5, gündüz  12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti  olacaq

Fevralın 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.