“Rejim müşahidə nöqtələrimizdən geri çəkilməsə Türkiyə lazımi addımları atacaq” - ƏRDOĞAN
    • 5-02-2020, 16:04
    • 787

“Rejim müşahidə nöqtələrimizdən geri çəkilməsə Türkiyə lazımi addımları atacaq” - ƏRDOĞAN

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısını keçirilib. 

News24.az xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı İdlibdə Türk əsgərinə qarşı hücumla bağlı məsələyə toxunaraq “Rejim əgər geri çəkilməsə Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq.” deyib.

R.T.Ərdoğan İdlibdəki hücumun Suriyada yeni bir dövrün başlanğıcı olduğunu və Türk əsgərinin qanının axdığı bir yerdə heç nəyin eyni şəkildə davam etməsinə imkan verməyəcəklərini vurğulayıb: “Necə ki anında həyata keçirdiyimiz əməliyyat ilə 76 nəfəri orada zərərsizləşdirdik. Çoxu var azı yoxdur. Tərəflərdən biri əməl etməyəcəksə bu razılaşmalar niyə imzalanır?”

Ərdoğan, “Əldə olunan razılaşmaların pozulması mənasına gələcək heç bir addıma göz yumulmayacaq. İdlibdən sərhədlərimizə doğru gələnlərin sayı 1 milyona yaxınlaşdı. Heç kimin belə bir yükü çiyinlərimizə yükləməyə haqqı yoxdur. Rejimin tezliklə müşahidə nöqtələrindən  geri çəkilməsini dünən axşam Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında bildirdim. Əgər rejim geri çəkilməsə, Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq.” - deyə bildirib.