Avtovağzalda oğurluq edən qardaşlar TUTULDU
    • 6-02-2020, 13:16
    • 728

Avtovağzalda oğurluq edən qardaşlar TUTULDU

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında avtomobildən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 2-də Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva cari il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş – T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla T.Cəfərovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.