"Pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək"- SAHİL BABAYEV
    • 6-02-2020, 17:40
    • 988

"Pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək"- SAHİL BABAYEV

Ötənilki və hazırki pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcəkdir.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni Sərəncamı sosial sahədə islahatların 2020-ci ildə də uğurla davam etdiyini göstərir: "Bu sərəncamla 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır. 

Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək".

Afaq Mirayiq