Bakıda 8 gün əvvəl itkin düşən 13 yaşlı oğlan TAPILDI
    • 6-02-2020, 18:47
    • 900

Bakıda 8 gün əvvəl itkin düşən 13 yaşlı oğlan TAPILDI

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan, Kərimova Səbinə Cümşüd qızı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan, oğlu, 2007-ci il təvəllüdlü Kərimov Nicat Rafael oğlu yanvarın 29-da yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb. 

Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.