Bakıda itkin düşən 12 yaşlı QIZ TAPILDI
    • 17-04-2020, 12:00
    • 994

Bakıda itkin düşən 12 yaşlı QIZ TAPILDI

Bakıda itkin düşən 12 yaşlı qız tapılılaraq ailəsinə təhvil verilib.

Aprelin 15-i saat 02:30 radələrində, 1970-ci ildə anadan olmuş, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 nömrəsiz evdə kirayədə yaşayan Miroşniçenko Mariya Aleksey qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 14.04.2020-ci il tarixdə. saat təxminən 23:20 radələrində 2008-ci ildə anadan olmuş nəvəsi Miroşniçenko Sima Qrişa qızı yaşadıqları evdən çıxmış və geri qayıtmayıb.

12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən qız aprelin 16-da sağ salamat tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma aparılır. /Report/