Bakıda 2 EV YANDI
    • 23-01-2020, 09:00
    • 1 197

Bakıda 2 EV YANDI

Bakıda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə və dolab 4 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabunçu rayonunda isə ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında mebel dəsti yanıb, yüksək temperaturdan digər otaqda kondisioner əriyib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.