Bakıda koronavirusa görə karantində saxlanılanlar haqda YENİ XƏBƏR
    • 7-02-2020, 09:48
    • 1 521

Bakıda koronavirusa görə karantində saxlanılanlar haqda YENİ XƏBƏR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çindən gələn Azərbaycan vətəndaşları ilə bağlı birgə məlumat yayıb.

News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var: "Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".