"Bilib-bilmədən danışdılar" - Səidə Dadaşova qınaqlara CAVAB VERDİ
    • 27-04-2020, 11:49
    • 1 311

"Bilib-bilmədən danışdılar" - Səidə Dadaşova qınaqlara CAVAB VERDİ

Müğənni Səidə Dadaşova "İnstagram"da atasının ölümündən danışıb.

News24.az xəbər verir ki, o, hələ də atasının yolxluğunun qəbul edə bilmədiyini deyib: "Artıq bizi tərk etdiyin 40 gündür... Sənin haqqında "öldü" ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam. Ona görə də "tərk etdi" deyirəm. Çünki sən ölməmisən, mənim ürəyimdə yaşayırsan. Düz 40 gün öncə, 16 mart, o tarix hər zaman ürəyimdə yara olacaq. Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yola saldığımız səhər... Mənim dünyam da söndü. Yoxluğundan istifadə edib, bilib-bilmədən danışdılar. Buna çox təəccüb etmədim, əslində. Çünki sənin sağlığında buna cürətləri çatmazdı. Yerin behiş olsun, atam. Mənə demişdin qızım, güclü ol, çunki mənim qızımsan. Sənə söz verdiyim kimi olacam. Ölməz əfsanəvi atam".

Sevda Bayramova